Qadin.NET / İpoteka kreditinin həcmi genişləndirilir

İpoteka kreditinin həcmi genişləndirilir

 

İpoteka kreditinin həcmi genişləndirilir

Maliyyə naziri Samir Şərifov bildirib ki, "Azərbaycan İpoteka Fondu" ölkədə ipoteka kreditinin genişlənməsi üçün 200 milyon manat cəlb etməyi planlaşdırır. İqtisadçıların fikrincə, bu, ipoteka kreditləşməsi ilə yanaşı, mənzil bazarında da aktivlik yaradacaq.

 

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, daxili bazardan cəlb ediləcək 200 milyon manat vəsaitlə yanaşı, dövlət büdcəsindən ipoteka kreditinə 50 milyon manat ayrılacaq. Beləliklə, ipoteka bazarında  bir müddətdir müşahidə edilən durğunluq aktivliklə əvəz olunacaq. 250 milyon vəsait islahatların həyata keçirilməsini sürətləndirəcək.İndiyədək 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib. Növbəti ildə bu göstəricinin sürətlə artımı proqnozlaşdırılır.Milyonlarla manat vəsaitin dövriyyəyə buraxılması həm də mənzil bazarında canlanma yaradacaq. Ancaq qiymət artımının qarşısını almaq üçün zonalar üzrə tənzimlənmə aparılacaq.

Mənbə: Milli.Az

22 noyabr 2015
GO BACK