Azərbaycanın tarixinə qara hərflərlə yazılmış helikopter qəzasında həyatını itirmiş Tofiq İsmayılovun ailəsi çətinliklə üzləşib. Ailənin payı olduğu müəssisə rəhbərliyi saxtakarlıq yolu ilə onları bu hüquqdan məhrum edib.
ANS TV-nin məlumatına görə, mərhum Tofiq İsmayılovun həyat yoldaşı Lalə İsmayılova bildirir ki, 1989-cu ildə Tofiq bəy Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyinin təsisçiliyi ilə Xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzini yaradıb.
Məhz o, ölümündən əvvəl həmin müəssisənin payçısı kimi qızı Səbinəni təyin edib. Sən demə müəssisə 1995-ci ildən başqasının əlinə keçib. O, da saxta yollarla təsisçi müqaviləsi hazırlayaraq Səbinə İsmayılovanı payçılıq hüququndan məhrum edib. Amma ailə bu hadisədən 2013-cü ildə xəbər tutub.
Əslində Tofiq İsmayılovun ölümündən sonra xəzər Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzindən Səbinə İsmayılovaya özünün etirafına görə, hər ay pul verilib, 1992-1993-cü illər ərzində.
1993-cü ildən 2008-ci ilə qədər isə heç bir ödəniş olmayıb. Müsahibim Səbinə İsmayılova müəssisənin saxtakarlıq yolu ilə ələ keçirilməsini təsdiq edən Ədliyyə Nazirliyininsənədlərini də bizə təqdim etdi:
“Sənədlərdə hüquqi ünvan, bank hesabları ortaya çıxır. Amma 1991-ci ildən təsisçiliyi yoxdur. Orta təhsisçi kimi Tofiq İsmayılov çıxır. Tofiq bəy ailəsinə nə qoymuşdursa, hamısı alınıb”.
Biz də problemlə bağlı vaxtilə Kosmik Tədiqiqatlar Elmi İstehsalat Birliyinin təsisçiliyi ilə yaradılmış mərkəzin indi tabe olduğu qurumla, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi il' əlaqə saxlamağa çalışdıq. Lakin qurumdan suallarımıza cavab verən olmadı.
Mənbə: ANS PRESS