Amerikalı qadın ikinci dəfə milyonçu oldu
Amerika Birləşmiş Ştatların (ABŞ) Massaçusets ştatında Konstançe Karpenito adlı qadın lotereyada ikinci dəfə 1 milyon dollar pul udub. Təsadüf, yoxsa, bəxt; bunu müzakirə etməyəcəyik. Lakin ən maraqlısı budur ki, qadın lotereyanı ona ilk dəfə də bu sevinci yaşadan mağazadan alıb. Konstançe ilk dəfə 1996-cı ildə 1 milyon udub. Məlumata görə, bu, qadının, əslində, 3-cü iriməbləğli uduşudur. O, bundan əvvəl 20 min dollarlıq biletə də sahib olub. Konstançe əldə etdiyi pullarla öz ailəsi ilə birgə bu il xüsusi təmtəraqla Milad bayramı keçirəcəyini deyib.
Mənbə: ANS PRESS
21 noyabr 2015
GO BACK