Qadin.NET / Tələbələrə şad xəbər

Tələbələrə şad xəbər

 

Tələbələrə şad xəbər

18 min tələbənin təhsil aldığı Bakı Dövlət Universitetinin qarşısından keçən Zahid Xəlilov küçəsi yenidən abadlaşdırılır. 2010-cu ildən etibarən küçədə yerləşən mağaza və digər bu kimi obyektlər sökülüb, piyadalar üçün nəzərdə tutulan səkilər də daxil olmaqda, universitetin əsas girişi xüsusi dəmir qoruyucular arxasında qalmışdı. 

 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu hal, ərazidə Akademik Kitabxananın inşası ilə bərabər, həm də metronun "Elmlər Akademiyası" stansiyasının universitetin qarşısına çıxması nəzərdə tutulan yeraltı keçidinin tikilməsi ilə əlaqədar idi. Tikinti prosesinin uzun sürməsinə baxmayaraq, artıq ərazidə hər şey qaydasına salınır. Obyektlərin yenidən inşası ilə bərabər, yeni inşa olunan Akademik Kitabxananın qarşısına kösk də yerləşdirilib. 

BDU-nun xüsusilə də əsas girişinə yaxın yerləşən, ikinci korpusunun tələbələri bildirirlər ki, yolların açılması onların işlərini asanlaşdırıb. Tələbələr söyləyirlər ki, artıq korpuslarına getmək üçün əlavə yol qət etməli olmurlar.Zahid Xəlilov küçəsində, həmçinin yol kənarlarında ağaclar da əkilib. Yoldan tez-tez istifadə edənlər bildirirlər ki, metronun "Elmlər Akademiyası" stansiyasının BDU-nun qarşısına çıxan yeraltı keçidləri də açılarsa, onlar üçün daha rahat olacaq. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, "Elmlər Akademiyası" stansiyası ətrafında bir neçə universitet yerləşdiyi üçün onlar günün pik saatlarında metrodakı insan sıxlığı səbəbindən bu nəqliyyat növündən istifadə edə bilmirlər.Sözügedən keçidlərin nə zaman hazır olacağını öyrənmək üçün "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq.N. Paşayev bildirdi ki, artıq çıxışlarda tamamlanma işləri aparılır: "Demək olar ki, işlərin son mərhələsindəyik. İlin sonuna qədər bu çıxışların istifadəyə verilməsinə çalışacağıq. Hazırda həmin çıxışlarda tikinti  işləri gedir".

Elə biz də ərazidə olduğumuz zaman artıq çıxışlarda təmir işlərinin yekunlaşmaq üzrə olduğunun şahidi olduq. Ustalar bildirdilər ki, dayanmadan çalışırlar. Buna görə də işlərin ilin əvvəlinə doğru yekunlaşacağı istisna edilmir. 

Mənbə: Milli.Az

21 noyabr 2015
GO BACK