Qadin.NET / Sumqayıt bulvarı yenidən qurulur

Sumqayıt bulvarı yenidən qurulur

 

Sumqayıt bulvarı yenidən qurulur

Sumqayıtda geniş quruculuq işlərinə başlanıb. Milli.Az Xəzərxəbər.com-a istinadən bildirir ki, artıq sənaye şəhərinin dənizkənarı bulvarının layihəsi də nümayiş olunub. Layihə gerçəkləşəndən sonra Sumqayıt bulvarı Bakıdan heç də geri qalmayacaq. Hətta bulvardan Bakıya gəmilərin hərəkəti üçün şərait yaradılacaq

 

Yenilənən Sumqayıtda dənizkənarı bulvar da yeni görməkdə olacaq. Sumqayıt bulvarında geniş yenidənqurma işlərinə başlanıb. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığına əsasən bulvarın yeni layihəsi hazırlanıb.Artıq Nəsimi parkında yenidənqurma işlərinə başlanılıb. Və uzun müddətdir zibil əlindən yararsız qalan bu ərazi də yeni bulvarın ərazisinə qatılacaq. Həmçinin, dəniz kənarında da bərkitmə işləri aparılırBurada müasir ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu, yaşayış binaları inşa olunacaq. Bununla yanaşı çimərlik zonasında da əsaslı işlər görüləcək. Layihəyə əsasən Heydər Əliyev mərkəzinin tikintisinə başlanılıb. Həmçinin bulvarda şahmat məktəbi və kinoteatr da inşa ediləcək. Sahil hissədə estakadalar qurulacaq və Bakı şəhərinə gəmilərin hərəkəti təmin olunacaq.

Mənbə: Milli.Az

21 noyabr 2015
GO BACK