Dünyanın ən təhlükəsiz ölkələri
London İqtisadiyyat və Sülh İnstitutu 2015-ci il üzrə "Qlobal Terrorizm Reytinqi" adlı illik hesabatını dərc edib.Azvision xəbər verir ki, Azərbaycan potensial terror təhlükəsi olan dövlətlər arasında ən təhlükəsiz ölkələr sırasındadır.Reytinqdə 162 ölkə yer alıb ki, burada ilk pillədə qərarlaşan dövlət ən təhlükəli hesab olunur. Azərbaycan siyahıda 91-ci yeri tutub.Azərbaycanın qonşuları olan Ermənistan və Gürcüstan isə siyahıda müvafiq olaraq 116 və 71-ci pilləni tutub.Rusiyaya gəlincə, o, siyahıda 23-cü pillədə qərarlaşıb.Hesabatda vurğulanır ki, ən böyük terror təhlükəsi İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyada qeydə alınıb.2014-cü il terror aktları nəticəsində ölən şəxslərin 78%-i məhz bu ölkələrin payına düşüb. Bundan əlavə ilk onluq da Hindistan, Yəmən, Somali, Liviya və Tailand da var.Ümumilikdə isə 2014-cü ildə 67 ölkədə ən azı bir nəfərin ölümü ilə nəticələnən terror aktı baş verib.
Mənbə: Milli.Az
20 noyabr 2015
GO BACK