Qadin.NET / Yenə yağış yağacaq

Yenə yağış yağacaq

 

Yenə yağış yağacaq

Bu gün Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
ANS PRESS-in məlumatına görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 10-14° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacağı gözlənilir. 
Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. 
Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti 
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağış yağacağı ehtimalı var. 
Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 11-16° isti, 
dağlarda gecə 1-6° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir. 

 

Mənbə: ANS PRESS

20 noyabr 2015
GO BACK