Vətəndaşlara dəfn mərasimlərini həyata keçirmək üçün pul veriləcək. Bununla yanaşı salinacaq qəbiristanlıqlarda bəzi şəxslərə də qəbir yerləri pulsuz veriləcək. Bütün bunlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı layihədə nəzərdə tutulub.
Milli.Az "Xəzər xəbər"ə istinadən bildirir ki, dəfn mərasimlərini üçün vətəndaşlara maliyə yardımı ediləcək. Yenilik Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə hazırladığı "Məzar yerləri və məzarlıqlar haqqında" qərar layihəsində nəzərdə tutulub Vətəndaşlara maliyə vəsaiti ehsan xərcləri üçün yox, yalnız dəfnin icrasına sərf edilməsi üçün veriləcək.Maliyə yardımını almaq üçün vətəndaş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olacaq. Gələcəkdə salınacaq qəbiristanlıqlardan isə bəzi kateqoriyalara daxil olan ailələrə pulsuz qəbir yerləri veriləcək. Hazırda layihəyə Nazilər Kabineti tərəfindən baxılır.
Mənbə: Milli.Az