Bu barədə məlumat "CNN"-də yer alıb.Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ-ın Texas ştatındakı Pfluger İslam Mərkəzi Parisdəki terror aktının ardından silahlıların hücumuna məruz qalıb.Bu hadisəni yerli sakinlər sərt şəkildə qınayıb.7 yaşlı Jack Svansonun məscidə etdiyi köməklik də bunun sübutu olaraq dəyərləndirilib.
Balaca uşaq kassasında yığdığı pulu məscidin mollasına təqdim edib.Jackin kassasından sadəcə 20 dollar pul çıxıb lakin molla onu 20 milyon dollar dəyərində olduğunu qeyd edib."Jack mənim oğlum ibrahimdən balacadır. Kaş ki, onun kimi daha çox uşaq böyüdə bilərdik..."
Mənbə: Milli.Az