Qadin.NET / Bu planetdə külək səsdən daha sürətli əsir

Bu planetdə külək səsdən daha sürətli əsir

Bu planetdə külək səsdən daha sürətli əsir
İngiltərənin Varvik Universitetinin astronomiya mütəxəssisləri "HD 189733b"adı verilen planetdə atmosfer şəraitinin mürəkkəb olduğunu müəyyən ediblər.Milli.Az "Zaman Azərbaycan"a istinadən bildirir ki, dünyadan 63 işıq ili uzaqlıqda yerləşən planetdə küləyin sürətinin saatda 8 700 kilometr olduğu müəyyənləşdirilib. Dünyada bu günə qədər qeydə alınmış güclü fırtınadan 20 qat daha şiddətli olan bu küləklər səsin yayılma sürətindən də 7 qat daha sürətlidir. 2005-ci ildə kəşf edilən planet Günəş sistemində yerləşən oxşar xüsusiyyətlərə malik Yupiterdən 13  faiz daha böyükdür. Planetin yüksək temperaturun təsiri ilə ərimiş şüşə yağışlarına məruz qaldığı alimlər tərəfindən xüsusi vurğulanıb.

Mənbə: Milli.Az

 

20 noyabr 2015
GO BACK