Qadin.NET / Müsəlman oğlan parisliləri ağlatdı-VİDEO

Müsəlman oğlan parisliləri ağlatdı-VİDEO

 

Müsəlman oğlan parisliləri ağlatdı-VİDEO

Fransanın paytaxtı Parisdə ötən cümə törədilən terror hadisəsindən sonra insanların müsəlmanlara qarşı olan fikirlərində qorxu daha çox yer almaqdadır.Bunu anlayan Parisdə yaşayan müsəlman gənc çoxlarını hətta ağladan bir addım atıb.

 

İnterAz xəbər verir ki, terror aktından sonra Parisin mərkəzində həmin gənc gözlərini bağlayaraq insanların ona sarılmasını istəyib. O qarşısına kağız parçası üzərində yazı yazıb: " Mən müsəlmanam. Mən sizə inanıram. Əgər siz də mənə inanırsınızsa mənə sarılın" .
Bu yazını görən çoxlu sayda fransız və digər millətlərdən olan sakinlər həmin müsəlman gəncə yaxınlaşaraq ona sarılıb.
Mənbə: Milli.Az
19 noyabr 2015
GO BACK