Qadin.NET / Hərbçilərin pensiya yaşı artırıla bilər

Hərbçilərin pensiya yaşı artırıla bilər

 

Hərbçilərin pensiya yaşı artırıla bilər

Bir müddətdir müzakirə olunan hərbçilərin pensiyaya çıxma yaşının artırılma ehtimalı ilə xəbərlərə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev münasibət bildirib. 
ANS TV-nin məlumatına görə, Fond rəhbəri pensiya yaşı artırıla bilərmi sualına cavabında bildirib ki, yeni pensiya islahatı ilə bağlı qanunlara ediləcək bəzi dəyişikliklər hazırda müzakirə olunur:
“Hərbiçilərin pensiya yaşının artırılması ilə bağlı beynəlxalq ekspertləri cəlb etməklə ilkin hesablamalar aparılıb. Bununla bağlı geniş ictimai tədqiqatlar da keçirilib. Hazırda isə qanunvericiliyə edilən dəyişikliyin ilkin layihəsi üzərində çalışırıq və burada bir sıra variantlar nəzərdən keçirilir. Konkret qəbul olunacaq fikir haqqında isə indidən danışmaq hələ ki tezdir. Mərhələlərlə uyğun ictimaiyyət məlumatlandırılacaq”. 
Dövlət Sosial Müdafiə Fondunda hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsini nəzərdən keçirir. 
Xidmət müddətinin 25 ilədək uzadılması bir sıra səbəblərlə izah olunur. Bu qərar sayəsində Dövlət Sosial Müdafiə Fondunun ehtiyatları artacaq. Nəticədə gələcəkdə pensiyaların artırılması da mümkün ola bilər. Eyni zamanda güzəştli pensiyaya çıxanlar təqaüd dövründə daha çox pensiya ala bilərlər.

 

Mənbə: ANS PRESS

19 noyabr 2015
GO BACK