Qadin.NET / Qaxda qeyri-adi hadisə olub

Qaxda qeyri-adi hadisə olub

 

Qaxda qeyri-adi hadisə olub

Qaxın Güllük kəndində Məmmədovlar ailəsinin həyətində qeyri-adi hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, payız fəslinin sonu, ağacların meyvələrinin yığıldığı bir vaxtda Məmmədovlar ailəsinin həyətində olan armud agacı meyvəsi yıgılmadan yenidən çiçək açıb. Ağacın bir budağından meyvə sallansa da, digər budaqda gül açıb. Məmmədovlar ailəsi belə hadisənin ilk dəfə şahidi olduqlarını deyiblər :"Biz ilk dəfədir ki, belə şey görürürük. Özümüzə də maraqlı gəldi. Həm meyvə verib, həm də çıçək açıb" - deyə bağ sahibi Elnur Məmmədov bildirib.

 

Mənbə: ANS PRESS

19 noyabr 2015
GO BACK