M.Murtəzəvi bildirib ki, Şərqi Azərbaycan, Ərdəbil, Çahar Mahal və Bəxtiyarı, Zəncan və Lorestan əyalətlərində güclü qar yağıb: "Qarda köməksiz qalmış 200 nəfər xilas edilib, onlardan 2 nəfər xəsarət aldığı üçün ambulator yardım göstərilib".Qeyd edək ki, yağan güclü qarla əlaqədar Şərqi Azərbaycan əyalətinin bəzi bölgələrində məktəblər də bağlanıb.
Mənbə: Milli.Az