Qadin.NET / Azərbaycandan ABŞ-a Qarabağ xəbərdarlığı

Azərbaycandan ABŞ-a Qarabağ xəbərdarlığı

Azərbaycandan ABŞ-a Qarabağ xəbərdarlığı
Azərbaycan Dağlıq Qarabağda fəaliyyət göstərən ABŞ şirkətlərini fəaliyyətlərini dayandırmağa çağırıb. 
ANS PRESS-in məlumatına görə, İqtisadiyyat və sənaye nazirinin müavini Sahil BabayevBakıda keçən azərbaycan-amerika biznes-forumunda bildirib ki, Ermənistan işğal altında olan ərazilərə daima xarici şirkətləri cəlb etmək istəyir. 
"Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edib və indi işğal edilmiş ərazilərdə investisiyaya xarici şirkətlərini cəlb edir. Ərazi bütövlüyümüzün bərpası bizim üçün çox əhəmiyyətlidir. Biz istəyərdik ki, ABŞ şirkətləri Azərbaycanın işğal edilmiş ərazilərdən qanunsuz investisiyalar qoymaqdan çəkinsin", -deyə Sahil Babayev bildirib.

Mənbə: ANS PRESS

19 noyabr 2015
GO BACK