Milli.Az Xəbərlər.Az-a istinadən xəbər verir ki, insanlarla dialoqa girmək bacarığına malik olan bu beyin 2 milyon süni neyrondan ibarətdir.İnsan beynindəki prosesləri tədqiq etmək üçün nəzərdə tutulan "Annabell" hazırda ilk inkişaf mərhələsindədir. Alimlər süni neyronların sayını artırmaqla onun daha da təkmilləşə biləcəyini vurğulayıblar.Bildiriblər ki, gələcəkdə bu cür süni beyin görmək, duymaq və hərəkətini idarə etmək kimi bacarıqlara malik robotun bir hissəsi ola bilər.
Mənbə: Milli.Az