"Mənim ünvanıma bütün respublikadan ərizələr daxil olar. Yaydan indiyə qədər 50-60 ərizə qəbul etmişəm. Amma Əfv Kommisiyasının iclası hələ olmayıb".
Milli.Az anspress-ə istiinadən bildirir ki, bunu Əfv Kommisiyasının üzvü, deputat Elmira Axundova deyib."Əsasən cinayəti ağır olmayan, cəzasının yarısını çəkənlərin və digər əfv olunması münasib olan məhbusların ərizələri Əfv Kommisiyasına göndərilir", - deyə deputat vurğulayıb.Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sayta açıqlamasında bildirib ki, əfv fərmanı ilə bağlı gözləntiləri var: "Biz Əfv Kommisiyasına 27 nəfərin siyahısını təqdim etmişik. Hazırlanan siyahıda əsasən məhkəməsi düzgün aparılmayanların və cəzasını yarıya kimi çəkən məhbusların adı var".Xatırladaq ki, Azərbaycanda son əfv fərmanı martın 18-də imzalanıb. Sonuncu əfv fərmanı ümumilikdə 101 nəfərə şamil edilib.Azərbaycanın müstəqillik dövründə isə ümumilikdə 59 əfv fərmanı imzalanıb. Bu da indiyədək 6100 nəfərin azadlığa buraxılması deməkdir.
Mənbə: Milli.Az