Qadin.NET / Azərbaycana qar yağır

Azərbaycana qar yağır

 

Azərbaycana qar yağır

RTV (Region TV) xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq şimal regionunun rayonlarına qar yağır.

 

Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildiriblər ki, qar əsasən Quba, Qusar və Xızı rayonları ərazisində müşahidə olunur. Hazırda Qubanın Qonaqkənd, Xızının Altıağac kimi yaşayış məntəqələrində 2 santimetrə qədər qar yağıb.Quba Regional Hidrometeorologiya Müəssisəsindən bildirilib ki, noyabrın 17-si axşam saatlarından başlayaraq şimal regionunda temperaturun aşağı düşməsi müşahidə olunur. Müəssisənin mütəxəssislərinin sözlərinə görə, bu cür hava şəraiti noyabr ayında şimal bölgəsi üçün xarakterikdir.

Mənbə: Milli.Az

18 noyabr 2015
GO BACK