Qadin.NET / Barak Obama sevdiyi serialdan və qızlarından danışdı

Barak Obama sevdiyi serialdan və qızlarından danışdı

 

Barak Obama sevdiyi serialdan və qızlarından danışdı

"Game of Thrones" mənim sevimli telseriallarımdan biridir. Serialda ən çox xoşuma gələn cırtdan, Trion Lannisterdir. Serialın qəhrəmanlarının adlarını yadda saxlaya bilmirəm. Simalar yadımdadır və baxanda nə baş verdiyini anlayıram. Amma haradasa serial barədə oxuyanda yalnız Con Snounun adı yadıma gəlir".

 

ABŞ prezidenti Barak Obama HBO telekanalının məşhur teleaparıcısı Bill Saymonsa müsahibə verib. Müsahibə GQ jurnalında dərc olunub.
Milli.Az müsahibədən bəzi məqamları təqdim edir.

- 2008-ci ilə qayıda bilsəydiniz, özünüzə nə deyərdiniz?

- "İşlər çoxdur, məşğul olacaqsan". Həqiqətən də, qlobal maliyyə böhranı başlandı, Yaxın Şərqdə inqilablar yaşandı. İlkin mərhələdə daha effektiv işləməyə çalışardım.

- Axşamdır, xanımızla birlikdə şam yeməyindəsiniz. Bu zaman zəng gəlir. Kimlərin zənginə dərhal cavab verərdiniz?

- Qızlarım Maliya və Saşa. Daha sonra ögey anam, sonra milli təhlükəsizlik məsələləri üzrə müşavirim Syuzan Rays, bir də administrasiya rəhbəri Dennis Makdon. Mişellə şam yeməyi yeyərkən yalnız bu adamların zənglərinə cavab verərəm.

- Nə vaxtsa Con Fitscerald Kennedinin qətli barədə materialları, məxfi informasiyaları oxumaq istəyibsiniz? Heç deyibsinizmi ki, "o sirr arxivlərini verin mənə, oxumaq istəyirəm"?

- Sizi təəssüfləndirməli olacağam. İnsanlar həmişə mənə Rozuell, yadplanetlilər, UNO-lar barədə suallar verirlər. Əfsuslar olsun ki, belə sirlərə inanmıram. 

- Nə vaxtsa NBA-dakı basketbol klublarından birində oynamağı arzulayıbsınız?

- Əlbəttə!

- Övladlarınızın internetdə barənizdə məlumat axtarmalarını qadağan edibsiniz?

- Onlara belə yasaq tətbiq etmək niyyətində deyiləm. Əslində, qızlarım heç belə məlumatlar da axtarmırlar.

- Eks-prezident olmağa hazırsınız?

- Bəli. 

Mənbə: Milli.Az

18 noyabr 2015
GO BACK