Qadin.NET / Rusiyanın ən gözəl qızı

Rusiyanın ən gözəl qızı

 

Rusiyanın ən gözəl qızı

Rusiyanın ən gözəl qızı seçildi. Bu ada 18 yaşlı tələbə layiq görülüb. ANS PRESS-in məlumatına görə, "Rusiya gözəli 2015" adını qazanmaq uğrunda 50 qız mübarizə aparıb. 
Bu adı qazanan Aleksandra Çerepanov hüququ fakültəsində təhsil alır. 
Vladivastokdan olan gözələ tacını ötən ilki müsabiqənin qalibi Tatyana Baitova taxıb. O, müsifləri təbii gözəlliyi və səmimiliyi ilə heyran edə bilib. 
Aleksandra gecədə həm ziyafət paltarı, həm də çimərlik geyimində səhnəyə çıxıb. 
Aleksandra Rusiyanı "Kainat gözəli" müsabiqəsində təmsil edəcək. 
Gənc qız universitetdə təhsil alsada, model kimi fəaliyyət göstərir. Onun fikrincə, həyatda ən vacib şey ailədir. 
"Mən birinci olduğum üçün çox xoşbəxtəm. Çünki rəqiblərim çox idi. Şadam ki, mənim səylərin, məşqlərim boşa getmədi".
Bu gözəllik müsabiqəsi 1995-ci ildən keçirilir. Rusiyanın müxtəlif vilayətlərindən olan gözəl qızlar qabil adı uğrunda mübarizə aparır. Sonda seçilən şəxs ölkəni "Kainat gözəli" müsabiqəsində təmsil edir. 

 

Mənbə: ANS PRESS

18 noyabr 2015
GO BACK