Qadin.NET / Azərbaycanda son 5 ildə ən çox qoyulan adlar

Azərbaycanda son 5 ildə ən çox qoyulan adlar

 

Azərbaycanda son 5 ildə ən çox qoyulan adlar

Son beş ildə Azərbaycanda doğulan uşaqlara ən çox verilən adlar açıqlanıb. Son zamanlar körpələrə verilən adlar arasında dini adların qoyulması tendesiyası daha da artıb. 
Ədliyyə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, oğlan körpələrinə verilən adlar arasında Yusif üstünlük təşkil edir. Belə ki, 5 ildə 20436 körpəyə bu ad verilib. Ancaq bu il 3054 oğlan Yusif adlandırılıb. 
İlk beşlikdə yer alan adların sırasına Əli (13953), Hüseyn (13925), Məhəmməd (8922) və Ömər (8497) var. 
Bu ilin iyul ayında ən çox verilən adlar siyahısında Murad adı da olub. Lakin bu ad yerini Ömərə verib. 
Doğulan qız uşaqlarına isə Zəhra adı daha çox verilib - 19405. Bu ad 2015-ci ilin də lideridir. Belə ki, 2015-ci ildə doğulan 3016 körpəyə valideynləri bu adı veriblər. 
İkinci pillədə Nuray gəlir - 15559. İlk beşlikdə yer alan adların sırasında isə Fatimə (14446), Aylin (9162), Ayan (9139) var. Ayan bu zamana kimi ən çox qoyulan adlardan olan Zeynəbi (8844) qabaqlayıb. 
Son beş ildə Azərbaycanda xeyli sayda yeni doğulan qıza və oğlana əks cinsin adları da qoyulub. “Report” Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, son beş ildə Azərbaycanda 4201 oğlana və 8 qıza Həsən adı verilib. İki qız uşağına isə Həsənağa adı qoyulub.
Eləcə də, son beş ildə 7 oğlana Aygün, 172 oğlana Səxavət, 3 qıza Ədalət, 25 qıza Nurlan, 4 qıza Rövşən, 23 qıza Hüseyn, Məhəmməd, 86 nəfər oğlan uşağına Zəhra adı verilib.

 

Mənbə: ANS PRESS

18 noyabr 2015
GO BACK