Qadin.NET / Bakının ən məşhur ticarət mərkəzi bağlandı

Bakının ən məşhur ticarət mərkəzi bağlandı

 

Bakının ən məşhur ticarət mərkəzi bağlandı

Bakının ən böyük ticarət mərkəzlərindən biri fəaliyyətini dayandırıb. Laçın Ticarət Mərkəzi üç günlük fəaliyyətini dayandırıb. Buna səbəb mərkəzin direktorunun vəfat etməsi göstərilir.
Ticarət mərkəzinin satıcılarının ANS PRESS-ə verdiyi məlumata görə,bu gün səhər saatlarında ticarət mərkəzinin rəhbəri Maqsud Vəliyev həmişəki kimi mərkəzin ərazisini gəzdikdən sonra öz otağına qalxıb və qəfildən otaqda halı pisləşib. Dərhal əraziyə həkimlər cəlb edilib. Buna baxmayaraq M.Vəliyev ürək tütmasından öz otağında dünyasını dəyişib.
Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Vəliyevin vəfətı ilə əlaqədər Laçın Ticarət Mərkəzi 3 günlük bağlanıb və dükkan sahiblərinə və işçilərə mərkəzin bu günlər ərzində fəaliyyət göstərməyəcəyi bildirilib.
Dünyasını dəyişən rəhbər 1957-ci ildə anadan olub.
O, “Laçınlı Maqsud” kimi tanınırdı.

 

Mənbə: ANS PRESS

18 noyabr 2015
GO BACK