Qadin.NET / Məşhur aktyor ölümcül xəstədir

Məşhur aktyor ölümcül xəstədir

 

Məşhur aktyor ölümcül xəstədir

Məşhur aktyor Çarli Şin ölümcül xəstəlikdən əziyyət çəkdiyini özü şəxsən etiraf edəcək. 
ANS PRESS-in məlumatına görə, bü gün NBC kanalının “Today Show” verilişində ulduz aktyor Çarli Şin QİÇS xəstəliyindən əziyyət çəkdiyini özü açıqlayacaq.
Bildirilir ki, Çarli Şin artıq bu diaqnozla uzun müddətdir ki, əziyyət çəkir. Mediaya bu məlumatı adı gizli saxlanılan pornoaktrisa sızdırıb. Pornofilmlərin ulduzu aktyorun adını çəkmədən bəyan edib ki, bir tanınmış aktyorla görüşüb lakin ,o, QİÇS xəstəliyindən əziyyət çəkir. 50 yaşlı aktyor hər ay pornoaktrisaya 20 min dollar ödəyirmiş ki, xəstəliyi haqqında heç kimə deməsin. Aktyor spirtli içkiləri və gecə həyatını xoşlayandır. 
Bir neçə ulduz ölümcül xəstəlikdən əziyyət çəkərək vəfat edib. QİÇS qurbanları siyahısında ən tanınmış insan, əlbəttə ki, əfsanəvi “Quenn” qrupunun musiqiçisi və solisti Freddi Merkuridir.
1991-ci ilin noyabrında Londondakı mətbuat konfransında müğənni QİÇS-ə yoluxduğunu rəsmən etiraf edib. 
"Mən öz xəstəliyimdən danışıram ki, kütləvi informasiya vasitələrində istənilən şayiələrin qarşısını alım və yaxınlarımın dinc qalmasını qoruyum. Mətbuat öz diqqətini qurbanlara yardım etməkdə cəmləşdirməlidir ki, xəstəliyin daha geniş yayılmasının qarşısı alınsın və əksər hallarda yoluxduğunda günahkar olmayan yazıq, bədbəxt insanları məhv etməsinlər. Xəstə və ölənlər onsuz da son dərəcə həssasdırlar”. 

 

Mənbə: ANS PRESS

18 noyabr 2015
GO BACK