Son bir neçə gündə türkiyədə keçiirlən G-20 liderlərinin sammitinə qatılan ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı yenə hamaını təccübləndirməyi bacarıb. ANS PRESS-in məlumatına görə, Mişel Obamanın rəqs görüntüləri müzakirə mövzusu olub.
ABŞ-ın birinci xanımı həyat yoldaşı G-20 sammitində iştirak etmək üçün Antalyada olduğu müddətdə Ağ evdə maraqlı görüntülərin meydana çıxmasına səbəb olub.
O, aktyor Coş Segara və xareoqraf Sergio Trujillo ilə Ağ evdə şagirdlər üçün tədbir keçirib. Burada onlar birlikdə rəqs ediblər. Xanım Obamanın "Conga" rəqsi gecəyə damğsını vurub.Bu birinci xanımın ilk rəqsi deyil. Belə ki, sağlam həyat tərzinin tərəfdarı olan Obamabundan öncə də o qatıldığı verilişdə rəqsi ilə diqqət çəkmişdi.
Bundan öncə isə o Pasxa bayramında səhnəyə çıxıb. Gənclərlə rəqs edən birinci xanım bayrama gələnləri çoşdurub.
İspaniyada istirahət edərkən də o özünü rəqsdən saxlaya bilməyib. Avropada amerikalı birinci xanım qaraçılarla qoşularaq onlarla birgə oynayıb.
Mənbə: ANS PRESS