Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş nazir Əhməd Davudoğluya ölkənin yeni hökumətini qurmağı tapşırıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə TRT Haber kanalı məlumat yayıb.Yeni hökümət parlament seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra 45 gün ərzində qurulmalıdır.Xatırladaq ki, Türkiyədə parlament seçiləri bu ilin noyabr ayının 1-də keçirilib.MSK-nın nəticələrinə əsasən, hakim Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə parlamentində 317, Cümhuriyyət Xalq Partiyası - 134, , Milliyyətçi Hərəkat Partiyası - 40, Xalqların Demokratik Partiyası (HDP) isə 59 deputatla təmsil ediləcək.
Mənbə: Milli.Az