Piylənmə ilə bağlı olan xroniki xəstəliklərin sürətlə artdığı bir dövrdə dadlı olduğu qədər də sağlam yeməklər süfrələrdə yer almalıdır. Milli.Az lent.az-a istinadən pəhriz saxlayanlara yeməklərin xüsusi bişirmə üsullarından bəhs edəcək.
Aparılan bir çox araşdırmalar sübut edib ki, evdar xanımların yarıdan çoxu yeməkləri düzgün qidalanma prinsiplərinə uyğun bişirmirlər.İlk növbədə yeməkləri ləzzətli etmək üçün həddən çox yağ və duz atmağı məhdudlaşdırmaq lazımdır. Bunların yerinə tomat və ədviyyatlardan, pomidor, soğan kimi dad artıran müxtəlif tərəvəzlərdən dəstək ala bilərsiniz. Bişirdiyiniz yeməyin əvvəlkinə nisbətən daha ləzzətli olduğunu görəcəksiniz və bu, sizin xoşunuza gələcək.
Uzun müddət bişirməyin Su nisbəti yüksək olan tərəvəzləri mümkün qədər qısa müddətə susuz və ya az su ilə bişirmək lazımdır. Tərəvəzləri qaynadaraq suyunu tökmək ən böyük itkidir. Bu zaman vitamin və mineral itkisi yaranır. Tərəvəzlərin faydalarından daha yaxşı yararlanmaq istəyirsinizsə, bişirilmə müddətini azaldaraq qidaların rənglərinin canlı qalmaları, parlaq, diri və yumşaq olmalarına diqqət etməlisiniz. Beləliklə, həm qidalar vitamin və mineral dəyərlərini qoruyaraq, daha çox antioksidan alar, həm də qlisemik indeksini aşağı salaraq, uzun müddət tox qalmanızı təmin edir.
Yağ əritməyə son Yağı əridildikdən sonra yeməyə əlavə edənlərdənsinizsə, çox təəssüf. Çünki bu zaman yeməyiniz sağlamlığa zərərli bir hala gəlir. Sağlam bir mətbəx istəyirsinizsə, yemək hazırladığınız zaman yağ əritməyə son qoyun. Zeytun, günəbaxan, fındıq yağı kimi sağlam yağlara üstünlük verin və bişirmə müddətinin sonlarında əlavə edin.
Balığı belə bişirin Tərkibindəki Omega 3-dən faydalanmaq istəyirsinizsə, balığı əsla qızartmamalısınız. Balıqlar yüksək odda bişirildikdə Omega 3 tərkibi böyük nisbətdə itkiyə uğrayır. Omega 3-dən faydalanmaq üçün ən düzgün üsul sobada və buxarda bişirməkdir.
Salatı təzə-təzə yeyin Siz də salatı yeməkdən əvvəl hazırlayanlardansınız? Əgər belə bir adətiniz varsa, buna son qoysanız, yaxşı olar. Salat məhsullarını yeməyi yeməzdən əvvəl doğrayın. Əks təqdirdə, tərəvəzləri əvvəlcədən doğrasanız, vitamin və minerallarla vidalaşmalı olacaqsınız.
Qril standartlarını unutmayın Qrildə bişirəcəyiniz ətlərin yağsız olanlarını seçin. Qril edərkən əti alova çox yaxın tutaraq bişirməyin və xərçəng xarakterli maddələrin yaranmasına dəstək verməyin. Manqalda bişirilən ətlə alov arasında 15 sm məsafə olmalıdır.
Uzun zaman tox qalmaq üçün...Makaronu necə bişirirsiniz: yarıbişmiş, orta, yoxsa, çox bişmiş? Əgər siz də makaronu az bişmiş sevənlərdənsinizsə, bu yaxşı xəbərdir. Bu cür bişmiş makaronların qlisemik indeksi düşdüyü üçün uzun müddət tox saxlamağı təmin edir.
Mənbə: Milli.Az