Türkiyənin Antalya şəhərində “Böyük iyirmiliyin” (G-20) sammiti maraqlı hadisələrə şahid olub. ANS PRESS-in məlumatına görə, ABŞ prezidenti Barak Obama ayrı qala bilmədiyi stəkanı ilə növbəti dəfə mətbuatın diqqətini cəlb edib.
Əlində karton kofe stəkanı olan Barak Obama Rusiya prezidenti Vladimir Putin və Beynəlxalq Valyuta Fondunun (IMF) prezidenti Kristin Laqard ilə söhbət edərkən foto müxbirlərin obyektivlərinə yaxalanıb.
Bu vaxt Obamanın həddindən artıq rahat hərəkət etməsi politoloqıar tərəfindən, “Obamanın Putini əzməsi” kimi dəyərləndirilib.
Mənbə: ANS PRESS