Bunu Milli.Az-a açıqlamasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi parkdakı bütün proseslərə nəzarət edir və belə vandallıq edən insanlar barəsində qanunvericiliyə uyğun şəkildə ölçü götürülür. "İdarənin Mühafizə Xidmətinin əməkdaşları var ki, belə hallar olanda onlar insanlara yaxınlaşıb bunu etməməyi tövsiyə edirlər. Lakin əgər həmin insanlar xidmətin əməkdaşlarına qarşı kobudluq edərlərsə və ya onlara qulaq asmayıb, əməllərinə davam edərlərsə, bu vaxt mühafizəçilər DİN-in Post Patrul Xidmətinə müraciət edirlər. Onlar da gəlib həmin adamları aparır və barələrində müvafiq tədbirlər görürlər. Çünki İdarənin əsasnaməsinə görə, mühafizəçilərin nə kimisə tutmağa, nə də təhqiqat aparmağa ixtiyarları yoxdur. Onlar sadəcə əraziyə nəzarət edir və xoşagəlməz hallar barədə hüquq-mühafizə orqanlarına məlumat verirlər".
Mənbə: Milli.Az