Qadin.NET / Azərbaycanda işsizlərə sığorta pulu veriləcək

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək

 

Azərbaycanda işsizlərə sığorta pulu veriləcək

Azərbaycanda işsizlikdən icbari sığorta sistemi yaradılacaq. Milli.Az xəbər verir ki, Əmək və Əhaliyinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildiriblər ki, bununla bağlı nazirlikdə qanun layihəsi hazırlanıb.

 

Qanun layihəsi ölkə ərazisində qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün icbari sığorta sahəsində hüquqi, iqtisadi və təşkilatı əsaslar müəyyən edir. Bildirilib ki, işsizlikdən sığorta işsizliyə görə verilən müavinətdən fərqlənir. İşsizlikdən sığorta işsiz qalmış şəxslərə elə onun özü tərəfindən əmək fəaliyyəti dövründə etdiyi ödəmələr hesabına müəyyən müddətə sığorta haqqı almağa imkan verəcək.

Mənbə: Milli.Az

17 noyabr 2015
GO BACK