Milli.Az Report-a istinadən xəbər verir ki, 2015-2016-cı tədris ilində nəzərdə tutulan 5 günlük tətil noyabrın 20-də bitəcək.Xatırladaq ki, 5 gün qış tətili 27-31 yanvar tarixlərində olacaq. İbtidai siniflər üçün isə 5 günlük - 1-5 may əlavə yaz tətili müəyyən edilib.Yaz tətili, əsasən, Novruz bayramı ilə üst-üstə düşür. Azərbaycanda rəsmi olaraq Novruz bayramının 5 gün qeyd edildiyi nəzərə alınaraq, ibtidai siniflər istisna olmaqla, digər siniflər üçün əlavə yaz tətili müəyyən edilməyib.Qeyd edək ki, bu tədris ilindən etibarən məktəblərdə dərslər mayın 31-də deyil, iyunun 14-də başa çatacaq.
Mənbə: Milli.Az