Qadin.NET / Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar

Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar

Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Bu barədə Milli.Az-a politoloq Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, ölkəmizin əldə etdiyi uğurlar, sosial-iqtisadi sahədəki müsbət nəticələri göz qabağındadır və Azərbaycanın bu sammitdə iştirak etməsi regiondakı rolunun, onun əsas oyunçulardan olmasının sübutudur: "Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyini təmin edən və faktiki olaraq iqtisadi göstəricilərə görə, aparıcı qüvvəyə çevrilən dövlətdir. Bunu "Böyük İyirmilik"də də yaxşı dərk edirlər. Mənə elə gəlir ki, Azərbaycan G20-nin üzvü olmasa da və ilk dəfədir ki, "Böyük İyirmiliyin" sammitində iştirak etsə də, hər halda bu Forumda Azərbaycanın maraqları nəzərə alınır və bu, özlüyündə çox müsbət amildir. Düşünürəm ki, Azərbaycanın dünyadakı nüfuzu bundan sonra daha da yüksələcək".  
F.Sadıxov qeyd edib ki, "Böyük İyirmiliyin" sammitində müzakirə olunan bir sıra məsələlərin Azərbaycana da birbaşa aidiyyəti var: "Azərbaycan da qloballaşan dünyada orada müzakirəyə çıxarılan problemlərlə üzləşən dövlətdir. Eyni zamanda, Azərbaycanın bu regionun aparıcı oyunçusu kimi sammitdə iştirakı bəzi dövlətlərə fayda verə bilər. Çünki müxtəlif görüşlər və müzakirələr, bəlkə də hansısa danışıqlar və onların qarşılıqlı nəticələri həm Azərbaycan, həm də digər dövlətlər üçün faydalı ola bilər. Əsas məsələ budur ki, prezident İlham Əliyev oradakı çıxışında Azərbaycanın iqtisadi inkişafı barədə ətraflı məruzə edib, neft-qaz layihələrimiz, yoxsulluq və işsizliklə mübarizənin nəticələri barədə məlumat verib. Bu, özlüyündə Azərbaycanın aparıcı dövlətlərə yaxın olmasına işarə edir. Yəni, artıq Azərbaycan həmin dövlətlər səviyyəsində tanınır, eyni zamanda bu Forumun üzvü olmasa da, müxtəlif qlobal məsələlərin müzakirəsində öz sözünü deyir, mövqeyini bildirir, burada fəallıq göstərir". Qeyd edək ki, G20-yə Almaniya, ABŞ, Argentina, Avstraliya, Braziliya, Çin, İndoneziya, Fransa, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Hindistan, Britaniya, İtaliya, Yaponiya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə və Avropa Birliyi ölkələri daxildir.Dünyadakı ümumdaxili məhsulun 90 faizi, qlobal ticarətin 80 faizi və dünya əhalisinin 2/3 hissəsi G20 ölkələrinin payına düşür."Böyük İyirmiliy"in noyabrın 15-16-da Türkiyənin Antalya şəhərində keçirilən sammitinin gündəmindəki əsas məsələlər terrorizmlə mübarizə, qlobal maliyyə-iqtisadi böhranının fəsadlarının aradan qaldırılması və ən optimal bərpa variantlarının seçilməsi, iqtisadi dayanıqlığın gücləndirilməsi, habelə "qaynar bölgə"lərdə stabilliyin bərpasıdır. Azərbaycan sammitə G20-yə sədrlik edən Türkiyənin dəvəti ilə qatlıb.

Mənbə: Milli.Az

 

16 noyabr 2015
GO BACK