ANS PRESS-in məlumatına görə, mərkəzdə müalicə olunan uşaqlar qonaqları özlərinə məxsus şəkildə mədəni proqramla qarşılayıblar. Həssas təbəqənin nümayəndələri bir-birindən maraqlı çıxışlar ediblər. Onların cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olunub.
Uşaqların çıxışları birinci xanımları duyğulandırıb. "First lady"lər həssas təbəqənin nümayəndələrinin göstərdikləri performansı ayaq üstdə alqışlayıblar.
Mərkəzdə Mehriban Əliyevanı və Fondun vitse-prezidenti Leyla Əliyevanı Türkiyənin birinci xanımı Əminə Ərdoğan qarşılayıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva, Cənubi Afrika Respublikasının birinci xanımı Tobeka Madiba Zuma, Zimbabvenin birinci xanımı Qreys Muqabe, Malayziya baş nazirinin xanımı Rosma Mansor və digər qonaqlar mərkəzin fəaliyyəti ilə tanış olublar.
Mənbə: ANS PRESS