Dövlət başçısı “Böyük İyirmiliyin” (G20) Antalya şəhərində keçirilən Sammitində iştirak edəcək.
Antalyanın beynəlxalq aeroportunda Azərbaycan Prezidentini və xanımını Türkiyənin yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
Milli geyimli iki uşaq dövlət başçısı ilə xanımına gül dəstələri təqdim ediblər.
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, İ.Əliyevi və xanımını qarşılayanlar arasında Avropa Birliyi naziri Beril Dedeoğlu, hakim Ədalət və İnkişaf Partiyasının icracı katibi Mövlud Çavuşoğlu, Antalya valisi Muammer Türker və Antalya bələdiyyə başçısı Menderes Türel olub.
Mənbə: ANS PRESS