Milli.Az technews.Az-a istinadən xəbər verir ki, "Hiss Təyini" xidmətini təqdim edən şirkət şəkildə olan insanların nə hiss keçirdiyini müəyyən edən alqoritm yaradıb və bu alqoritmin köməyi ilə 8 fərqli hissin şəkildəki nisbəti göstərilir.Bezmiş, qorxmuş, xoşbəxt, təbii, əsəbli, təkəbbürlü, kədərli və təəccüblü hisslərini özündə saxlayan 8 analiz edən xidmətə şəkilləri URL vasitəsilə və ya birbaşa şəkil yükləyə bilirsiniz.Qeyd edək ki, Microsoft bundan əvvəl "How Old" xidməti ilə yaşı təxmin etməyə, "Twins or Not" tətbiqi ilə əkizinizi tapmağa çalışıb.
Mənbə: Milli.Az