Noyabrın 15-16-da dünya ölkələrinin liderləri Türkiyəyə toplaşacaq. ANS PRESS-in məlumatına görə, Antalya şəhərində G20 ölkələri liderlərinin sammiti baş tutacaq. Artıq aylar öncədən Antaliya liderlərin qəbuluna ciddi cəhdlə hazırlaşır. Şəhərdə təhlükəsizlik ən yüksək həddə çatdırılıb, yollar yenilənib, otellər hazır vəziyyətə gətirilib.
Zirvə toplantısında 12 prezident, 11 baş nazir qatılacaq. Ümumilikdə Antaliyaya 13 min insanın gələcəyi gözlənilir. Mətbuat nümayəndələrinin sayı isə 3 min olacaq. 12 min nəfər təhlükəsizliyi qoruyacaq.
Azərbaycan da Türkiyənin xüsusi dəvətlisi kimi G20 toplantısına dəvət edilib.
G20 zirvəsi ancaq dünya liderlərinin gəlişi ilə yox, həm də onların VİP təyyarələri bütün diqqətləri üzərinə çəkəcək.
Ən çox texnologiya ilə təhciz ediləcək təyyarələrin eniş edəcəyi Antalya hava limanı əsl “Airshow”nu xatırladacaq.
Milyonlarla dollar qiyməti olan təyyarələrin əksəriyyəti "Boeing 747" tipli nəhəng hava gəmiləridir.
Onlardan ən diqqətçəkəni ABŞ prezidenti Barak Obamanın təyyarəsidir. Təyyarə raketlərdən müdafiə sistemi ilə təhciz edilib. “Air Force One” (Hava Qüvvələri 1) bir çox filmlərin də mövzusu olub. "Boeing" şirkətinin 1990- cı ildə istehsal etdiyi nüvə savaşı zamanı belə idarə edilə bilər. Fövqəladə vəziyyət olarsa prezident oranı bir kapsulun köməkliyi ilə tərk edə bilər. Onun içərisində 85 telefon var. Bütün sistemlərin iki ehtiyat variantı var.
Pilotlar hərbi təyyarələrin pilotları arasından seçilir. Təyyarənin istismar müddəti 2023-cü ildə bitir. Onu 747-8 seriyasından olan təyyarə əvəz edəcək.
Mənbə: ANS PRESS