Qadin.NET / Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

 

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Azərbaycanın əməkdar artisti Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib. 
Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bu barədə ANS PRESS-ə deyib. Aktyor Ələsgər Məmmədoğlu ötən gün Binəqədi şəhər xəstəxanasına yerləşdirilib. Onun sözlərinə görə, əməkdar artist özünü pis hiss edərək halsızlaşıb: 
“Ciddi problemi yoxdu, ötən gün halsızlaşıb özünü pis edib. Müalicə olunub bu gün, ya günorta ya da axşam evə buraxılacaq”. 
Əsgər Məmmədoğlu 1946-cı ildə Bakı şəhərində anadan olub.
1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirb. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrına, 6 aydan sonra isə Tədris Teatrına keçib. 1987-ci ildən yenidən Akademik Milli Dram Teatrına qayıdıb. 

 

Mənbə: ANS PRESS

13 noyabr 2015
GO BACK