Qadin.NET / Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya

Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya

 

Qarabağın Azərbaycana qaytarılması xəbərinə rəsmi reaksiya

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova erməni KİV-ində yayılmış Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qayatarılması barədə yazılanlara aydınlıq gətirib.
ANS PRESS-in məlumatına görə, nazirlik rəsmisi Sergey Lavrovun bu yaxınlardakı səfərinin kontekstində təzyiqi artırmamağa və açıq mənbələrə müraciət etməyi məsləhət görüb.
"Mən Sergey Lavrovun İrəvanda mətbuat konfransında ətraflı danışığına heç nə əlavə edə bilmirəm. O, ətraflı şəkildə bütün suallara cavab verib. Həmçinin danışıq prosesi və müzakirə olunacaq məsələlər haqda danışıb. Buna görə mən düşünürəm ki, bu vəziyyətdə təzyiqi artırmaq lazım deyil. Bunun üçün Rusiya nazirinin sözlərinə ilk mənbələrdən müraciət etmək lazımdır. Bütün bunlar saytda dərc edilib", - deyə Zaxarova bildirib.

 

Mənbə: ANS PRESS

13 noyabr 2015
GO BACK