Fransanın PSJ klubunun məşhur hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə çoxlarını heyrətə salan qalmaqallı açıqlama ilə yadda qalıb.
ANS PRESS-in məlumatına görə, İbrahimoviç “Gazetta dello Sport” nəşrinə verdiyi müsahibəsində “Milan”ı dünyanın ən yaxşı futbol klubu adlandırıb.
"AVRO-2016"nın "pley-off" mərhələsində Danimarkanı sınağa çəkəcək İsveç millisinin ulduzu bu dəfə iki ölkəni şoka salan açıqlaması ilə diqqəti çəkib.
Zlatanın sözlərinə görə, “Milan” onun karyerası boyunca oynadığı ən yaxşı komandadır.
“Milan” üçün həqiqətən də çox darıxıram. Mən bunu açıq şəkildə etiraf edirəm. Mən yenidən “Milan”da çıxış etməkdən çox məmnun olardım. Amma karyeramı Şimali Amerikada da başa vura biləcəyimi istisna etmirəm. Çünki əksər məşhur futbolçular da kareyralarını orada başa vurublar. Mən də onların yolu ilə gedəcəyimi düşünürəm. Bütün hallarda harada oynamağımdan və oynayacağımdan asılı olmayaraq “Milan” üçün həmişə darıxacağam”,- deyə o bildirib.
Mənbə: ANS PRESS