Qadin.NET / Azərbaycanda işdən çıxarılanlara təzminat ödəniləcək

Azərbaycanda işdən çıxarılanlara təzminat ödəniləcək

Azərbaycanda işdən çıxarılanlara təzminat ödəniləcək
Bakıda qaz idarələri ləğv edilir. 
ANS PRESS-in məlumatına görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) AbşeronBinəqədi,XətaiXəzərQaradağNərimanovNəsimiSabunçuSəbayelSuraxanı və Yasamal rayon qaz istismar sahələri ləğv edilir. Artıq əmr imzalanıb.
Bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilarının rəhbəri Mirvari Qəhrəmanlı bildirib. O, baş verən bu struktur dəyişikliyini heç cür qəbul etmir: "Struktur dəyişikliyi etmək hər idarənin öz səlahiyyətindədir. Amma istər SOCAR, istərsə də onun strukturuna daxil olan İB, birdəfəlik struktur islahatları aparmırlar. 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ciddi struktur islahatlarına ehtiyac var. Amma bu yönümdə aparılan struktur islahatları ilə razı deyiləm. Buna da səbəb isə işsizlik probleminə görədir. Əmrlərdə struktur islahatları əsaslanıdırılmır. Bu islahatlar niyə aparılır?", - deyə Mirvari Qəhrəmanova qeyd etdi. 

Mənbə: ANS PRESS

13 noyabr 2015
GO BACK