Bu gündən Gəncə "ASAN xidmət" mərkəzində sahibkarlara lisenziyaların verilməsinə başlanıldı. Şəhərlərarası və şəhərdaxili, eyni zamanda ölkədaxili yük daşımaları ilə məşğul olan sahibkarlar yalnız dövlət rüsumunu ödəməklə lisenziyalarını aldılar.
ANS PRESS-in məlumatına görə, lisenziyalar sahibkarlara İqtisadiyyat və Sənaye Nazirliyittərəfindən Gəncədəki "ASAN xidmət"mərkəzində verildi. Bu lisenziyalar sahibkarlara sərnişin və yük daşınması üçün verilən xüsusi icazə sənədidir. Lisenziya 5 il müddətinə 150 manat dövlət rüsumu ödənilməklə verilir.
Mənbə: ANS PRESS