Qadin.NET / Dayanacaqlara Wi-Fi quraşdırıldı

Dayanacaqlara Wi-Fi quraşdırıldı

Dayanacaqlara Wi-Fi quraşdırıldı
İnternet həsəkarları olan Bakı sakinləri üçün əla xəbər var!

Milli.Az xəbər verir ki, Atv-nin məlumatına görə, paytaxtın bir çox avtobus dayanacaqlarında Wi-Fi modemləri quraşdırılıb. Bakılılar və şəhərin qonaqları artıq aksiyadan yararlanaraq, bu ictimai nəqliyyat dayanacaqlarında öz elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola biləcəklər.Bundan sonra avtobus gözləyərkən keçirdiyiniz darıxdırıcı vaxtı daha səmərəli istifadə edəcək və zamanın necə keçdiyinin fərqinə varmayacaqsınız. Belə ki, artıq Azərbaycan prospekti , Təbriz küçəsi, Haqverdiyev küçəsi, Azadlıq prospekti, Səməd Vurğun küçəsi, Şərifzadə küçəsi, Atatürk prospekti, Parlament prospekti, Zivər bəy Əhmədbəyov küçəsi, Məmməd Araz küçəsində yerləşən dayanacaqlarda pulsuz internetdən istifadə edə bilərsiz.

Mənbə: Milli.Az

 

12 noyabr 2015
GO BACK