Qadin.NET / "Beatles"ın "beşincisi" öldü

"Beatles"ın "beşincisi" öldü

 

"Beatles"ın "beşincisi" öldü

Şotland musiqiçi, The Beatles-in "Love me do" sinqlının yazılışında iştirak etmiş barabançı Endi Uayt vəfat edib. 

 

Milli.Az Trend-ə istinadən bildirir ki, Uayt noyabrın 9-da ABŞ-ın Nyu-Cersi ştatında dünyadan köçüb. 85 yaşlı musiqiçini insult öldürüb. Endi Uayt 1930-cu ildə Qlazqoda doğulub. 1962-ci ildə "Love Me Do" və "P.S. I Love You" mahnıları yazılarkən Rinqo Starrı əvəz edib. Buna görə şotland musiqiçini çox zaman "beşinci bitl" adlandırıblar. Güman olunur ki, Uayt həmçinin, "Please Please Me" albomunun da yazılışında iştirak edib. 

Mənbə: Milli.Az

12 noyabr 2015
GO BACK