Rusiya və digər xarici mətbuat orqanlarında Gürcüstanın "Qafqaz Online” telekommunikasiya şirkətinin Azərbaycanın "Azeronline BM" şirkətini almaq niyyətinin olması ilə bağlı məlumatlar yayılıb.
ANS PRESS-in məlumatına görə, iddia olunur ki, Rusiyanın telekommunikasiya şirkəti "VimpelCom" Gürcüstanın "Qafqaz Online” şirkətini almaq üçün işlər aparır.
Gürcüstanın "Rezonansi" qəzeti bildirir ki, yaxın günlərdə Gürcüstanın Milli Rabitə Komissiyası "Qafqaz Online” və "VimpelCom" şirkətlərinin birləşdirilməsi ilə bağlı danışıqlar aparılır.
Mənbə: ANS PRESS