Madridin “Real” klubunun və Portuqaliya yığmasının ulduz futbolçusu Kriştiano RonaldoFİFA prezidentliyinə namizədliyini verəcəyilə bağlı yazılanlar barədə danışıb.
ANS PRESS-in məlumatına görə, Ronaldo hazırda hər hansı yüksək post uğrunda mübarizə aparmaq niyyətində olmadığını bildirib.
Portuqaliyalı hələ futbol karyerasını bitirmədiyini və hələ uzun illər yaşıl meydanda oynamaq fikrində olduğunu vurğulayıb. “Mən demək istəmərəm ki, ağıllı deyiləm, axmağam. Ağlım da, başım da, hər şeyim öz yerində, öz qaydasındadır. Ancaq mən FİFA prezidentliyi uğrunda mübarizə aparacaq qədər təcrübəli deyiləm. Bu vəzifə uğrunda mübarizə aparmaq üçün gərək kifayət qədər təşkilatçılıq təcrübəsinə və ağıla malik olasan. Mən öz gələcəyim barədə narahat deyiləm və həyatımdan razıyam. Hazırda fiziki vəziyyətim mənə hələ qarşıdan gələn illərdə də yüksək səviyyədə futbol oynamağa imkan verir. Gələcək planlarına gəlincə, mənim həyata keçirmək istədiyim digər layihələr var. Bu layihələri reallaşdırmağım mənim üçün prezident postu uğrunda mübarizə aparmaqdan daha vacibdir”,- deyə Ronaldo bildirib.
Mənbə: ANS PRESS