Dünya birjalarında neftin qiymətində ucuzlaşma qeydə alınıb. ANS PRESS-in məlumatına görə, birjaların satışlar üzrə hesabat bunu deməyə əsas verir. Bu hesabatlara görə “Brent” markalı neftin qiyməti 3.44% ucuzlaşaraq 46.13 dollara olub.
“Texas” (WTI) markalı neftdə də düşüş qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neft 0.42% ucuzlaşaraq 43.22 dollara çatıb.
London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 48,09 dollar təşkil edib.
Mənbə: ANS PRESS