Qadin.NET / Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

 

Azərbaycanda yaşayış binası uçdu - 16 ailə təxliyyə olundu

Cəlilabadda yaşayış binası qəzalı vəziyyətə düşüb.
“Qafqazinfo”nun məlumatına görə, rayonun Göytəpə qəsəbəsi, Sahil küçəsində yerləşən çoxmənzilli binanın bünövrəsi çökdüyündən tikilinin dayaqları və yaşayış binasının bir hissəsi çöküb.
FHN əməkdaşların köməyi ilə binada yaşayan 16 ailə təxliyyə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Sakinlər Cəlilabad Peşə liseyinin həyətində quraşdırlımış müvvəqqəti çadırlara yerləşdiriliblər.
Yaxın günlərdə isə ailələr Peşə liseyinin yataqxanasına yerləşdirləcəklər.
Qeyd edək ki, 20-ci əsrin əvvəllərində inşa olunmuş yaşayış binasında uzun müddətdir ki, əsaslı təmir işləri aparılmayıb.

 

Mənbə: ANS PRESS

12 noyabr 2015
GO BACK