Qadin.NET / İlham Əliyev S-300-lərə baxış keçirdi

İlham Əliyev S-300-lərə baxış keçirdi

İlham Əliyev S-300-lərə baxış keçirdi
Ali Baş Komandan Prezident İlham Əliyev S-300 PMU-2 Favorit Zenit Raket Briqadasınabaxış keçirib. 
ANS PRESS-in məlumatına görə, İlham Əliyev Raket briqadasına baxışı Müdafiə Nazirliyinin Hərbi-Hava Qüvvələrinin N hərbi hissəsinin hərbi şəhərciyində yaradılan şəraitlə tanış olduğu zaman keçirib. 
Hərbi hissənin raket anbarında olan Ali Baş Komandan şəxsi heyətin praktiki fəaliyyəti və döyüş növbətçiliyi ilə tanış olub.
Prezident İlham Əliyevə anbar, raketlər və raketlərin döyüş mövqeyinə daşınması üçün nəzərdə tutulan texnikalar barədə də məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşayiəti ilə İlham Əliyev həmçinin bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Ermənistanın hərbçilərimiz tərəfindən məhv edilmiş X-55 pilotsuz uçan aparatının qalıqlarına baxıb.

Mənbə: ANS PRESS

11 noyabr 2015
GO BACK