"Avtomobillərin yan şüşələrinə kustar və sənaye üsulu ilə quraşdırılan pərdə və plyonkalara verilən icazə noyabrın 15-də başa çatır".
Bu barədə ANS PRESS-ə Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yol polisi əməkdaşları noyabr ayının 16-dan həmin pərdə və plyonkalara qarşı reydə başlayacaq. Qeyd edilən tarixdən sonra pərdə və plyonkalı maşın sürərək qanunu pozanlar 150 manat miqdarında cərimə ediləcəklər.
"Ümumiyyətlə bizim əməkdaşlarımız mütəmadi olaraq pərdə və plyonkalara qarşı reydlər aparıb. İcazə verilən müddətdə də görünüşü məhdudlaşdıran vasitələrdən istifadə edən yüzlərlə protokol yazılıb. Buna səbəb isə onların küstar üsulla hazırlanan görünüşü məhdüdlaşdıran vasitələrdən istifadə etmələridir. Çünki may ayının 1-dən etibarən yalnız sənaye üsulu ilə daha dəqiq desək avtomobil zavoddan çıxarkən onun üzərində olan pərdələrə icazə verilib. Qalan bütün görünüşü məhdudlaşdırıcı vasitələr qeyri-qanuni hesab edilir və həmin sürücülər də cəzalandırılır".
Mənbə: ANS PRESS