Qadin.NET / Şahbaz: "Anam və qızımdan narahatam"

Şahbaz: "Anam və qızımdan narahatam"

 

Şahbaz: "Anam və qızımdan narahatam"

Ötən il ermənilər tərəfindən işğal edilən Azərbayacanın Kəlbəcər rayonuna getdikləri üçün girov götürülən Şahbaz Quliyevdən xəbər var. 
ANS PRESS-in məlumatına görə, o ailəsinə məktub göndərib. Bu sözləri ANS PRESS-ə Şahbaz Quliyevin bacısı İradə Quliyevaya deyib. Qadının sözlərinə görə, qardaşı məktubunda vəziyyətinin yaxşı olduğunu yazıb. "Salam. Mən yaxşıyam. Ən çox anamdan və qızımdan narahatam", deyə o məktubunda qeyd edib. 
Bacısının sözlərinə görə, onun qızı Elza beşinci sinifdə təhsil alır. Onun əsas narahatlığı isə qızının rəsm və piano dərslərinə olan xərclərinin necə ödənilməsi ilə bağlıdır. 
İ.Quliyeva girovlar barədə hər hansı beynəlxalq quruma müraciət edilməsi barədə onlara heç nə deyilmədiyini qeyd edib. "Qardaşım barədə məlumatları ancaq xəbərlərdən izləyirəm.”
İyun ayında Kəlbəcərli girovlar Dilqəm Əsgərovdan və Şahbaz Quliyevdən qohumlarının aldıqları məkdubda bəzi sətirlərin pozulduğu barədə xəbərlər yayılmışdı. 
İradə Quliyeva hazırda aldığı məktubda belə halın olmadığını və yazılan bütün sətirlərin aydın formada oxuya bildiyini dedi. 
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara baş çəkiblər. Görüş noyabrın 5-də olub.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov, Azərbaycan vətəndaşı Şahbaz Quliyev və Həsən Həsənov ata-baba yurdlarını, yaxınlarının məzarlarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcərə gediblər. Lakin onlar Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib. Onun cənazəsi bir neçə ay sonra Azərbaycana təhvil verilib. 

 

Mənbə: ANS PRESS

11 noyabr 2015
GO BACK