Qadin.NET / Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar

Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar

 

Rusiyadan Xəzər dənizi ilə bağlı yeni qərar

Rusiya Dövlət duması Xəzər dənizində balıq ovu qaydaları təsdiqləyib. 
ANS PRESS-in məlumatına görə, deputatlar yeni qərarları ötən il sentyabrın 29-da Xəzəryanı dövlətlər arasında imzalanan müqavilə əsasında veriblər. 
2014- cü ildə Həştərxanda Xəzəryanı dövlətlərin sammitində İranAzərbaycanQazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri ilə imzalanan sazişə görə, 5 dövlət arasında xüsusi komissiya yaradılacaq. Komissiya dənizin bioloji qorunması, bərpası, birgə bioloji su ehtiyatlarından səmərəli istifadəsi üzrə milli kvotaları müəyyən edəcək. 
Xəzəryanı dövlətlər illik balıq ovunun miqdarını və bölüşdürülməsi komissiya tərəfindən koordinasiya ediləcək. Komissiya həmçinin Xəzərdə nərə balıqlarının və məhsul ixracı üçün kvotaların müəyyənləşdirilməsini və balıq ovu qaydalarınına nəzarət həyata keçiriləcək.

 

Mənbə: ANS PRESS

11 noyabr 2015
GO BACK